image-reklam-veteninfo
image-1backend

Qalibaf: ABŞ və İsrailin xain planı ifşa olundu

image-reklam-veteninfo

İran parlamentinin sədri Məhəmməd-Bağir Qalibaf ABŞ və İsrailin 40 günlük müharibə zamanı İraq Kürdüstanından İrana qarşı hərbi əməliyyatlar üçün baza kimi istifadə etməyə çalışdığını bildirib.

Vətəninfo.az xəbər verir ki, Qalibaf bu barədə Tehranda Kürdüstan Vətənpərvərlər Birliyinin (KVB) lideri Bahel Tələbani ilə görüşündə danışıb.

Qalibafın sözlərinə görə, sözügedən plan İran silahlı qüvvələrinin vaxtında müdaxiləsi və regiondakı müttəfiqlərlə əməkdaşlıq nəticəsində həyata keçirilməyib.

İran parlamentinin sədri bildirib ki, Tehran 28 fevralda ABŞ və İsrail tərəfindən başladıldığını iddia etdiyi müharibə zamanı ciddi müqavimət göstərib.

“Amerikalıların başlatdığı müharibə zamanı xalqımız və silahlı qüvvələrimiz ABŞ-a və sionist rejimə qarşı necə müqavimət göstərə biləcəklərini nümayiş etdirdilər”, – Qalibaf deyib.

O, ABŞ-ın İranın bu miqyasda müqavimət göstərəcəyini və hərbi-siyasi baxımdan belə vəziyyətlə üzləşəcəyini gözləmədiyini iddia edib.

Qalibaf İraq Kürdüstanındakı vəziyyətə də toxunaraq bildirib ki, 40 günlük müharibə zamanı ABŞ İraq Kürdüstanından İrana qarşı hərbi və digər güc əməliyyatları üçün istifadə etməyə çalışıb.

“Lakin bölgədəki dostlarınızın köməyi və İran silahlı qüvvələrinin vaxtında cavabı sayəsində bu düşmən planı puça çıxarılıb”, – deyə o qeyd edib.

İran parlamentinin sədri Tehranla qonşu ölkələr arasında iqtisadi, siyasi və hərbi əməkdaşlığın genişləndirilməsinə çağırıb. Qalibafın sözlərinə görə, ABŞ və İsrail regionda sabitliyi pozmağa və qonşu dövlətlər, xüsusilə İran və İraq arasında fikir ayrılıqları yaratmağa cəhd göstərə bilər.

Qalibaf həmçinin ABŞ və İsrailin İraq ərazisini və hava məkanını tərk etmək məcburiyyətində qaldığını bildirib. O, Tehran və Bağdadı daimi təmasları və qarşılıqlı etimadı gücləndirməklə regionda gərginliyin artmasının qarşısını almağa çağırıb.

Görüşdə Bahel Tələbani də İran siyasətçisinin mövqeyini dəstəkləyib. O bildirib ki, rəhbərlik etdiyi partiya İraq Kürdüstanının İrana qarşı əməliyyatlar üçün baza kimi istifadəsinə icazə verməyəcək.

Tələbani İran və İraq arasında 2023-cü ildə imzalanmış təhlükəsizlik sazişinin həyata keçirilməsinə və iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə hazır olduqlarını bildirib.

Qeyd edək ki, sözügedən saziş İraq ərazisindən İranın təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərin qarşısının alınması ilə bağlı müddəaları da əhatə edir.

Tələbani həmçinin İrana keçmişdə Kürdüstan Vətənpərvərlər Birliyinə göstərdiyi dəstəyə görə təşəkkür edib. O, İran və İraqın talelərinin bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki