image-1backend

Qalibiyyət rəmzi

image-reklam_sirab_01

Məhz azərbaycançılıq ideologiyası ilə böyüyən gənc nəsil bayrağımıza sarılaraq 44 günlük Vətən müharibəsində döyüşlərdə irəliyə doğru addımlayırdı
Azərbaycançılıq ideologiyası Azərbaycanın milli-mənəvi dəyərlərini, xalqımıza aid bütün komponentləri, ən əsası da dövlət bayrağımız özündə ehtifa edir. Ona görə də azərbaycançılıq ideologiyası özəldir. Xalqımız bu ideologiyanın əsasında həm də özünün milli-mənəvi inkişafınıa, özünüdərkinə çatmışdır. Bu ideologiyaya bağlı olanlar xalqın özünün kökünə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını, ümumiyyətlə, dünya azərbaycanlarını bir milli ideologiya ətrafında, azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Milli həmrəylik və azərbaycançılıq məfkurəsinin möhkəmlənməsində bayrağımızın önəmi çox böyükdür. Azər¬bay¬can Res¬pub¬li¬ka¬sı¬nın Döv¬lət Bay-ra¬ğı¬ Azər¬bay¬can və¬tən¬daş¬la¬rı¬nın mil¬li həm¬rəy¬li¬yi¬nin, va¬hid məf¬ku¬rə ət¬ra¬fın¬da sıx bir¬ləş¬mə¬si¬nin baş¬lı¬ca amil¬lə¬rin¬dən bi¬ridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycançılıq məfkurəsi bizim dövlətimiz üçün artıq bir ideologiya olaraq inkişaf edildi. Bu gün dünya azərbaycanlıları azərbaycançılıq ideologiyasını özünə bir siyasi yol bilir. Azərbaycançılıq ideologiyasının möhkəmlənməsində dövlət bayrağının əhəmiyyəti böyükdür. Dövlət bayrağı yalnız bir simvol deyil, həm də milli birliyin, gücün və müstəqilliyin təcəssümüdür. Bayraq, bir millətin tarixi, mədəniyyəti, və ərazi bütövlüyünün ifadəsi kimi, onun özünə inamını və dünya səhnəsində tanınmasını gücləndirir. Azərbaycanın dövlət bayrağı, üç rəngli, üç zolaqlı bir bayraqdır: mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir. Bu rənglər hər biri özündə xüsusi mənalar daşıyır.
Bayraq, Azərbaycanın müstəqil dövlət olaraq dünya ölkələri ilə bərabər hüquqlara sahib olduğunu, həmçinin öz milli kimliyini qoruduğunu nümayiş etdirir. O, həm də Azərbaycançılıq ideyasının təməl daşlarından biri olaraq, xalqın həmrəyliyini və milli ideallarını təbliğ edir. Ulu Öndər Heydər Əliyev deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. Dövlət bayrağının dövlətin rəsmi tədbirlərində, məktəblərdə, qurumlarda və ictimai yerlərdə nümayişi, millətin öz mədəniyyətinə və tarixinə sahib çıxmasının göstəricisidir. Bayrağın hər yerdə mövcudluğu, insanların Azərbaycan xalqının birliyinə və müstəqilliyinə olan inamını artırır, bu da azərbaycançılıq ideyasının gündəlik həyata daxil olmasına kömək edir.
Bayrağın əhəmiyyəti, yalnız tarixi simvolikada deyil, həm də milli şüurun formalaşmasında özünü göstərir. İnsanlar bayrağa hörmət edərək, öz millətinin və dövlətinin gələcəyinə daha çox məsuliyyətlə yanaşır, və bu, azərbaycançılıq fəlsəfəsinin möhkəmlənməsinə xidmət edir. Bayrağın əziz tutulması və onun qorunması da, xalqın öz dəyərlərinə və dövlətinə olan sədaqətinin bir göstəricisidir.
Məhz azərbaycançılıq ideologiyası ilə böyüyən gənc nəsil bayrağımıza sarılaraq 44 günlük Vətən müharibəsində döyüşlərdə irəliyə doğru addımlayırdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan mübarizə olaraq, dövlət bayrağının milli həmrəylikdəki rolunu daha da önə çıxarmışdır. Bayraq, yalnız bir simvol deyil, həm də birləşdirici bir qüvvə, xalqın və dövlətin birliyini, həmrəyliyini təmsil edən ən mühüm amillərdən biri olmuşdur. Bu dövr ərzində dövlət bayrağı müxtəlif sahələrdə və fərqli şəraitlərdə ön planda olmuş və xalqı birləşdirən, ruhlandıran, qələbə inamını artıran bir amilə çevrilmişdir.
Müharibə dövründə Azərbaycan xalqı, müxtəlif siyasi, sosial və mədəni təbəqələrə baxmayaraq, dövlət bayrağının ətrafında birləşərək vahid bir məqsəd üçün mübarizə aparmışdır. Hər bir azərbaycanlı, öz fərdi və etnik kimliyindən asılı olmayaraq, dövlət bayrağını özünün bir hissəsi kimi qəbul etmişdir. Bayrağın müharibə dövründə hər bir cəbhədə, şəhər və kəndlərdə dalğalanması, əsgərləri, mülki vətəndaşları birləşdirən güclü bir simvol olmuşdur. Bu, yalnız bir milli mübarizənin deyil, həm də hər kəsin öz vətəninə olan bağlılığının təcəssümü idi.
Bayraq, müharibə zamanı həm cəbhədəki əsgərlərin, həm də arxa cəbhədəki xalqın ruhunu yüksəldirdi. Azərbaycan bayrağının altında toplanan hər bir insan, ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparır, bu simvolun altında birləşərək güclü bir həmrəylik nümayiş etdirirdi.
Dövlət bayrağı, Vətən müharibəsi zamanı yalnız milli vətəndaşların birləşdirilməsi baxımından deyil, həm də şüuraltı bir güc mənbəyi kimi çıxış edirdi. Bayrağın müharibə zamanı cəbhə xəttindəki mövqelərdə, hərbi bazalarda, vəzifə başında dalğalanması, həm də “Azərbaycanın haqlı davası” ideyasının təməlini möhkəmləndirirdi. Cəbhə bölgələrində, şəhərlərdə və kəndlərdə bayrağın dalğalanması, qələbə inamını artırır və xalqın mübarizəyə olan ehtirasını canlandırırdı. Bu, bir növ müharibə zamanı mənəvi dəstək idi, xüsusilə əsgərlərin döyüşlərə olan qatılımını təşviq edirdi. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Müharibənin sonunda, Azərbaycanın əldə etdiyi qələbə beynəlxalq aləmdə böyük diqqət çəkdi. Azərbaycanın dövlət bayrağı beynəlxalq tribunada, o cümlədən beynəlxalq təşkilatlarda və müttəfiqlərlə əlaqələrdə möhkəm bir mövqe qazandı. Bayraq, Azərbaycanın haqlı mübarizəsinin və ərazi bütövlüyünün tanınmasında mühüm bir simvol olaraq çıxış etdi. Bu, həm də Azərbaycanın dünya səhnəsində daha güclü və birləşmiş bir dövlət olaraq tanınmasının önünü açdı.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki