image-reklam-veteninfo
image-1backend

Qalmaqal: İran XİN başçısının müşaviri buna görə istefa verib

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İranın xarici işlər nazirinin media üzrə müşaviri Məhəmmədhüseyn Rəncbəran vəzifəsindən istefa verib. Onun istefasına səbəb kimi internet üzərindən yayımlanan verilişdə Məsləhət Şurasının üzvə Məhəmməd Sədrlə qalmaqallı müsahibəsi göstərilir.

Ötən günlərdə sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan müsahibədə Məhəmməd Sədr verilişin aparıcısı Rəncbərana deyib ki, o, 12 günlük müharibə zamanı “rusların İsrailə məlumat ötürdüyü” qənaətinə gəlib. Onun sözlərinə görə, İsrailin İranın bütün müdafiə mərkəzlərini “həddindən artıq dəqiqliklə” vurması bu ehtimalı gücləndirir və Rusiyanın “İranın tərəfində olmadığını” göstərir.

Sosial şəbəkələrdə geniş rezonans doğuran bu çıxış ictimai və siyasi dairələrdə narazılıqla qarşılanıb. Müsahibənin yayımlanmasından sonra XİN başçısının müşaviri istefa verdiyini açıqlayıb.

Xatırladaq ki, Tehran şəhərinin Prokurorluğu da Məhəmməd Sədrin ittihamlarına görə ona qarşı cinayət işi açıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki