Vətəninfo.az xəbər verir ki, Nyu-Yorkda keçirilən sürətli şahmat üzrə dünya çempionatı böyük qalmaqalla başlayıb. Keçmiş dünya çempionu Maqnus Karlsen geyim qaydalarını pozaraq oyuna cins şalvarla çıxıb.
Təşkilatçılar şahmat üzrə 16-cı dünya çempionunu 200 dollar cərimələyərək paltarının dəyişdirilməsini tələb ediblər. Karlsen bundan imtina edib, öz prinsipləri olduğunu qeyd edib. Məhz buna görə şahmatçı turnirdən qovulub.
“Mən raundda çətinliklə keçdim, ona görə də həmin an cins şalvar haqqında düşünmədim”, – şahmatçı bildirib.