image-reklam-veteninfo
image-1backend

Qalmaqallı deputat narkotikadan öldü

image-reklam-veteninfo

Cinsi zorakılıq və narkotik qalmaqalından sonra siyasətdən uzaqlaşdırılan keçmiş millət vəkili David Warburton qəflətən dünyasını dəyişib.

Vətəninfo.az xəbər verir ki, Böyük Britaniyada keçmiş mühafizəkar deputat David Warburton 59 yaşında qəflətən vəfat edib. Onun ölümü 26 avqust tarixində Çelsidəki mənzilində qeydə alınıb. Təcili yardım əməkdaşları tərəfindən hadisə yerində  Warburtonun narkotikdan öldüyünü açıqlayıb.

Warburton 2022-ci ilin aprelində seksual zorakılıq  və kokain istifadəsi ilə bağlı iddialardan sonra Mühafizəkarlar Partiyasından uzaqlaşdırılmışdı. The Sunday Times nəşri onun ağ toz (kokainə bənzər maddə) olan masanın arxasında oturarkən çəkilmiş şəklini dərc etmişdi.

Hadisədən sonra Warburton psixoloji stress səbəbilə psixiatrik xəstəxanaya yerləşdirildiyini açıqlamış və ittihamları qismən rədd etmişdi. O, “çox güclü viski içdikdən sonra kokain qəbul etdiyini” etiraf etsə də, seksual təcavüz ittihamlarını inkar etmişdi.

O, 2023-cü ilin iyununda millət vəkili postundan istefa verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki