image-reklam-veteninfo
image-1backend

Qaluzin: Rusiya Ermənistandan Gümrüdəki hərbi bazasını çıxarmaq üçün müraciət almayıb

image-reklam-veteninfo

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Ermənistandan Gümrüdə yerləşən Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı hər hansı müraciət almayıb.

Vətəninfo.az xəbər verir ki, Qaluzin bu barədə “İzvestiya” qəzetinə açıqlamasında danışıb.

“Ermənistan tərəfindən Gümrüdə yerləşən Rusiya hərbi bazasının geri çəkilməsi ilə bağlı heç bir müraciət almamışıq”, – diplomat bildirib.

O, həmçinin qeyd edib ki, Moskva Rusiya hərbi bazasının Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementi olduğu mövqeyində qalır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki