image-64dee5b86676bbackend

Qara dənizdə Rusiya gəmilərinə hücum olub

image-reklam_sirab_01

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna məxsus pilotsuz dəniz vasitəsinin Qara dənizdə Rusiya hərbi gəmilərinə uğursuz hücum cəhdi etdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada hücumun 17 avqust gecə radələrində həyata keçirildiyi bildirilərək, “Ukrayna ordusu Qara dənizdə Sevastopolun 237 kilometr cənub-qərbində patrulluq edən Rusiya hərbi gəmilərinə pilotsuz dəniz vasitəsi ilə hücum etməyə cəhd etdi” deyilib.

Hücumun hədəfinə çatmadığına diqqət çəkilən açıqlamada pilotsuz dəniz vasitəsinin Rusiyanın “Pitliviy” və “Vasiliy Bikov” patrul gəmilərinin açdığı atəş nəticəsində məhv edildiyi bildirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki