Vətəninfo.az xəbər verir ki, Rusiya Federasiyası Kommunist Partiyasından Saratov Vilayət Dumasının deputatı Denis Bulanov Qara dənizin adının dəyişdirilməsini təklif edib. O, bildirib ki, coğrafi obyektin tarixi adına – Rus dənizinə qaytarılması mümkündür.
“Coğrafi adların yenidən təfsir edilməsi ideyası dünya praktikasında populyarlıq qazanır, bu da ölkələrin öz tarixi və mədəni kimliyini vurğulamaq istəyini əks etdirir. Bu kontekstdə Qara dənizin köhnə adı – Rus dənizi ilə dəyişdirilməsi barədə düşünmək olar”, – Bulanov qeyd edib.
Deputat izah edib ki, o, bu adı ancaq Rusiya daxilində istifadə üçün təklif edir.