UEFA Çempionlar Liqasının 2-ci turunda Azərbaycan təmsilçisi Qarabağ, Bakıda Danimarka klubu Kopenhageni 2:0 hesabı ilə məğlub edib.
Qollar
-28-ci dəqiqə – Zubir hesabı açdı (1:0)
-İkinci hissə – Addai fərqi artırdı (2:0)
Beləliklə, Qurban Qurbanovun komandası evdə inamlı qələbə qazanaraq turnirdəki 2-ci matçından da 3 xal qazanaraq xalların 6-ya çatdırdı.
İlk oyunda möhtəşəm geri dönüş
Qarabağ, 1-ci turda Portuqaliya nəhəngi Benfika qarşısında 0:2 geridə olsa da, möhtəşəm dönüş edərək 3:2 qalib gəlmişdi.
Növbəti rəqib – Atletic Bilbao
“Köhlən atlar” Çempionlar Liqasındakı növbəti görüşünü Atletic Bilbaoya qarşı keçirəcək.
Tarixi uğur
Qarabağ, 2017/18 mövsümündə ilk dəfə Çempionlar Liqasına qatılmış, amma turniri xalsız tamamlamışdı. Bu mövsüm isə əvvəlcə Benfika, indi isə Kopenhagen üzərində qələbə qazanaraq tarixində ardıcıl 2-ci qələbəsini əldə etdi.