image-1backend

Qarabağ erməniləri Ermənistan “vətəndaşı” olmaq istəmirlər

image-reklam_sirab_01

Bir il ərzində Qarabağdan olan və oranı könüllü tərk edənlərdən cəmi 4300 erməni Ermənistan Respublikası “vətəndaşlığı” üçün müraciət edib. Onlardan 3000-ə yaxını “vətəndaşlıq” alıb. Bunu Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Kazaryan parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının iclasında deyib.

Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisinin sözlərinə görə, Qarabağ erməniləri üçün artıq sadələşdirilmiş prosedur tətbiq edilsə də, 100 mindən çox Qarabağ ermənisi “vətəndaşlıq” almağa tələsmir.

Onlar buna başqa ölkələrdə qaçqın statusu almağı çətinləşdirən amil kimi baxırlar. Qarabağ ermənilərinin mütləq əksəriyyəti dövlət tərəfindən adambaşına 8-12 min dollar verilməsi vədinə baxmayaraq, Ermənistanda qalmaq istəmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki