“Mədəniyyət dalğası” İctimai Birliyi mayın 1-dən yeni layihəyə start verir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi müsabiqənin qalibi olan layihə “Qarabağ: Qardaşların Qurduğu Sabah” iyun ayının 5-6da Özbəkistanın paytaxtı Daşkəndə baş tutacaq.
“Mədəniyyət dalğası” İB təşkilatçılığı ilə keçiriləcək tədbir iki gün davam edəcək birinci gün foto-sərgi və səfirlik, diaspor və digər dövlət nümayəndələri iştirak edəcəklər, sərgidə nümayiş olunacaq şəkillər və tədbir haqqında qonaqlara, iştirakçılara məlumat veriləcək, ikinci gün foto-sərgi və konfrans formatda baş tutacaq. Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin və bir birinə dəstəyi vurğulanacaq.
“Qarabağ: Qardaşların Qurduğu Sabah” adlı layihənin əsas məqsədi Mərkəzi Asiya ölkələrinin əsasən də Özbəkistan dövlətinin Qarabağa qayıdış prosesində dəstəyini və ümumiyyətlə iki qardaş ölkə arasında tarixi əzəli münasibətlərini göstərməkdir. Tədbirdə iştirak edəcək qonaqların dəvət prosesi artıq yekunlaşıb.


























