image-1668423997_arzuman-muradli-11-2backend

“Qarabağ tam Azərbaycanın nəzarətinə keçəcək”- Arzuman Muradlı

image-reklam_sirab_01

“Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın  görüşündən sonra bu qənaətə gəlmək olar ki, Rusiya Qarabağda geri addım atacaq. Hesab edirəm ki, Rusiya sülhməramlılarının missiyası daha 5 il uzadılmayacaq” -bu fikirləri Politoloq Arzuman Muradlı səsləndirib.

Politoloq hesab edir ki, Rusiya Ukrayna ilə savaş apardığı bir dönəmdə Qarabağda növbəti münaqişənin başlamasını istəmir.

“Məhz buna görə Rusiya Azərbaycın fikirlərinə hörmətlə yanaşır və öz istəklərindən tamamilə əl çəkib. Rusiya Azərbaycanın timsalında öz tərəfdaşını da itirmək istəmir və məhz Soçi görüşündən sonra Ermənistana təzyiq etməyə başlayıb. Fikrimcə indi biz  3 amildən faydanala bilsək, 2 ildən sonra Rusiya hərbi kontingentini Azərbaycan ərazisindən çıxarıb separatizmə son qoymaqla Qarabağın tamamına nəzarəti təmin edə bilərik. Birinci amil Rusiya-Ukrayna müharibəsinin davamıdır ki, Kremlin diqqətinin və enerjisinin əsas hissəsi buna yönəlib. İkinci amil Ankara-Moskva tərəfdaşlığı və ortaq layihələridir ki, Kreml Cənubi Qafqaz siyasətində Türkiyə, o cümlədən Türkiyə-Azərbaycan ittifaqını nəzərə almaq məcburiyyətindədir. Üçüncü amil Ermənistanın baş naziri Nikol Paşinyanın və digər erməni rəsmilərin Rusiya əleyhinə artan açıqlamalarıdır ki, bu qarşıdurmadan da öz məqsədlərimiz üçün istifadə edə bilərik.”-deyə Arzuman Muradlı bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki