Keçmişdə Kiprdə, Qarabağda, Bosniyada, bu gün isə Qəzza zolağında baş verən faciələr bizə sərhədlərimizdən kənarda düşünmək lazım olduğunu xatırladır.
Vətəninfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Türk Dövlətləri Təşkilatının (OTG) Budapeştdə keçirilən qeyri-rəsmi sammitində deyib.
Ərdoğan “Şərq və Qərb arasında təhlükəsiz və fasiləsiz əlaqəni təmin edən və strateji bir marşrut kimi ön plana çıxan Orta Dəhlizi” xatırladıb.
“Biz Orta Dəhlizin uğuru üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk və təşkilata üzv dövlətlərin dəstəyinə ümid edirik”, – Ərdoğan deyib.