image-6666backend

Qarabağda erməni dəstələr müharibəyə hazırlaşır – TERROR PLANI

image-reklam_sirab_01

Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Xankəndidəki separatçıları əhəmiyyətli dərəcədə radikallaşdırıb və onlar istənilən təxribata hazırdırlar.

Vətəninfo.az xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko son dövrlər Qarabağdakı qanunsuz silahlı birləşmələrinin Azərbaycan ordusuna qarşı təxribatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Qarabağda silahlı təxribatlar və terror aktları gözləntisi çoxdur: “Separatçıların daha da radikallaşması müxtəlif ölkələrdə erməni diasporunun Qarabağ mövzusunda siyasi səylərini artması ilə üst-üstə düşür. Bütün bu amilləri birləşdirəndə, təxribatların baş verəcəyi kifayət qədər real görünür. Bəlkə də bu təxribatlar yaxın gələcəkdə törədiləcək”.

Rusiyalı politoloq hesab edir ki, Paşinyan Qarabağ separatçıları üzərində nəzarəti itirir.

“Paşinyan hakimiyyəti artıq separatçıların davranışlarına tam nəzarət edə bilmir. Qismən nəzarət qala bilər, lakin tam deyil. Unutmaq olmaz ki, Qarabağda təkcə erməni yaraqlıları yox, həm də Ermənmistan Müdafiə Nazirliyinin əmri ilə hərəkət edən silahlı dəstələr var. Bununla yanaşı, Ermənistanın hərbi kəşfiyyatının nümayəndələri də Qarabağdadır. İrəvanın nzəarəti xeyli dərəcədə azaldığı üçün artıq erməni silahlı dəstələri müstəqil hərəkət edirlər”, – o bildirib.Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki