Dünən Qarabağda Rusiyanın dəstəyi ilə yaradılmış qondarma “rus icması” iclas keçirib. Vətəninfo.az xəbər verir ki, “icma”nın rəhbəri Aleksandr Bordov deyib ki, Qarabağ bu gün çətin vəziyyətdədir.
O qeyd edib ki, hazırda Rusiya sülhməramlıları çətin, faktiki böhran vəziyyətindədirlər. “Aydındır ki, bu gün biz barrikadaların eyni tərəfində olmalıyıq”.
Bordov daha sonra bildirib ki, onların Azərbaycan əhalisinə qarşı hər hansı kini yoxdur. “Lakin biz üçtərəfli razılaşmanın əksinə olaraq, 206 gündür davam edən blokadanın və Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağ torpağında həyata keçirdiyi əməliyyatların əleyhinəyik. Bütün bunlar, o cümlədən Sumqayıtda, Bakıda, Qarabağda erməni əhalisinə qarşı amansız cinayətlərin törədildiyi faciəli hadisələrin tarixi yaddaşı mövcud vəziyyətdə Azərbaycanın tərkibində olmağın və birgə yaşamağın mümkünsüzlüyünü diktə edir”.


























