image-reklam-veteninfo
image-a199e2d6-1aab-461b-9882-d352f3ad1112backend

Qarabağda təbiət canlanır

image-reklam-veteninfo

Jurnalist Etibar Hüseynovun rəhbərlik etdiyi ” Yaşıl Qarabag” İB-nin bir qrup üzvü Fizuli və Cəbrayıl rayonlarında səfərdə olub. Səfərin məqsədi ilə bağlı müxbirimizə danışan Etibar Hüseynov bildirib ki: “Artıq ikinci ildir ki, ” Azad edilmiş əraziləri yaşıllaşdıraq” layihəsi şərçıvəsində bir sıra rayonlarda ağacəkmə kampaniyaları keçirirlər.Və bu aksiyalar da QHT-lərə Dövlət dəstəyi agentliyinin donorluğu sayəsində baş tutur. Keçən il iki- Zəngilan və Qubadlıda işlədik. Bu il əlavə olaraq həm də Cəbrayıl və Fizuli rayonlarında da aksiyalarımız olacaq. Ancaq işlərə oktyabrın ortalarında, yəni havalar soyuyandan sonra başlayacayıq. Hələliksə Ekologiya nazirliyinin və Xüsusi nümayəndəliyin əməkdaşları, o cümlədən yerli sakinlərlə məsləhətləşmələr aparılır. Müvafiq sahələr, yerli iqlimə uyğun ağac növlərini təyin edirik. İnşallah, var gücümüzlə çalışıb doğma diyarımızı əvvəlkindən də gözəl görkəminə qaytaracayıq”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki