image-1backend

Qarabağdan köçən Qalstyana “casusluğa görə” 18 il iş kəsildi

image-reklam_sirab_01

Qarabağdan Ermənistana köçən keçmiş erməni məmur Sarkis Qalstyan casusluqda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Ermənistan prokurorluği məlumat yayıb.

Məhkəmə aktını Sünik vilayətinin (Zəngəzur) ümumi yurisdiksiya məhkəməsi dərc edib və Qalstyanı casusluqda təqsirli bilib. İttiham tərəfi ömürlük həbs cəzası istəyib.

Sarkis Qalstyan 2018-2023-cü illərdə Qarabağdakı qondarma rejimin dövründə müxtəlif “vəzifələrdə” çalışıb.

O, 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatlarından sonra Xankəndini tərk etməyən azsaylı ermənilərdən biri idi.

Arvadı ilə birgə Xankəndidə yaşamağa davam edən Sarkis Qalstyan 2024-cü ilin aprelində Ermənistana köçmüşdü.

İttihama görə, o, 2020-ci ildən casusluq fəaliyyəti ilə məşğul olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image