image-rusiya-ukraynabackend

Qardaş savaşından uduşlu çıxan ya onları dalaşdıran olar, ya da barışdıran

image-reklam_sirab_01

Emosiyalar səngidikdən sonra qardaşlar onları dalaşdırana nə qədər lənət oxuyar və nifrətlə baxarlarsa, barışdıranı da daha çox rəğbət və məhəbbətlə yad edərlər.

Bu gün bir-biriylə böyük bir müharibə həddinə çatdırılmış iki slavyan qardaşı – rusları və ukraynalıları bir-birinə düşmən edən güc bəllidir: amerikalılar.

Bu iki slavyan qardaşı toqquşmadan yayındırıb, barışdırmağa çalışanların da kimliyi aydındır – türklər; Türkiyə və Azərbaycan prezidentləri.

Amerika strateqləri uzun illərdir ki, Ukraynaya Rusiyanın çəkilib salınacağı və sonra da məcburən ABŞ-a əl uzadacağı ən böyük bataqlıq kimi baxırlar. Ona görə də bir tərəfdən Rusiyanı, o biri tərfdən də Ukraynanı aşkar savaşa təhrik edir, toqquşmadan geriyə yollarını bağlayırlar.

Ancaq savaş başlasa, nə ruslar qalib gələcək, nə də ukraynalılar: qızışdırıcı təhriklərə baxmayaraq, Ukrayna ordusu Rusiya ordusu qarşısında davamlı duruş gətirə bilməyəcək, məğlub olacaq, nəticədə, Ukrayna parçalanacaq; Rusiya isə Avropayla sərhədində 50 milyonluq daha bir slavyan qardaşı və qonşusuyla qan düşməninə çevriləcək, əbədi nifrət qazanacaq!

Rusiya və Ukrayna rəhbərliyi geri çəkilmənin zəruriliyini anladıqları bir vaxtda Türkiyə prezidenti Ərdoğanın Azərbaycan prezidenti Əliyev vasitəsilə göndərdiyi “əyləşib, danışmaq” təklifinə göydəndüşmə fürsət kimi baxmalıdırlar.

Türkiyə prezidentinin görüş təklifi reallaşarsa, bu, türk-slavyan ittifaqı nəzəriyyəsi tərəfdarlarının növbəti uduşuna çevrilə və gələcəkdə Çin-Avropa sərhədləri arasında ortaya çıxacaq yeni güc mərkəzinin formalaşdırılması istiqamətində əhəmiyyətli addım ola bilər.

Putin və Zelenski yeni güc mərkəzinin əsas memarlarından biri olan Ərdoğanın görüş təklifini fürsətə çevirməyi bacarmalıdırlar.

Çünki zamanında durmağı və geri çəkilməyi bacarmayan rüsvayçı məğlubiyyətə məhkum olar!

 

Elxan Şükürlü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki