image-reklam-veteninfo
image-1backend

Qardaşlıq və strateji gələcək: İlham Əliyevin Türk Dövlətləri Zirvəsindəki Türk dünyasına çağırışı birliyin güclənməsinə xidmət edir  

image-reklam-veteninfo

21 May 2025-ci ildə Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk dünyasının birliyinin və əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, TDT-nin gələcəkdə qlobal səviyyədə əhəmiyyətli bir güc mərkəzinə çevriləcəyinə inamını ifadə edib. O, bildirib ki, gün gələcək, dünyanın bütün problemləri Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll olunacaq.

Dövlət başçısı, həmçinin, Azərbaycanın Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan artıq sərmayə yatırdığını və bu sərmayələrin əsas hissəsinin Türkiyəyə yönəldiyini qeyd edib. O, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Kırğız İnkişaf Fondunun yaradıldığını və Türk dövlətləri ilə ticarət dövriyyəsinin 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40% artdığını bildirib.

Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın Orta Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı bir keçid ölkəsi kimi özünü təsdiqlədiyini və Şərq-Qərb nəqliyyat dəhlizinin davamlı işləməsinə dəyərli töhfələr verdiyini vurğulayıb.

Diqqət yetirsək görərik ki, Türk dünyası çox böyük bir coğrafiyanı əhatə edir və böyük potensiala malikdir. Burda nəqliyyat yollarını, enerji qaynaqlarını və artan insan potensilanı nəzərə alsaq bu gücün günü-gündən artdığını deyə bilərik. Bu gücü beynəlxalq ölçüdə bir güc mərkəzinə çevirmək imkanları mövcuddur. Onu da qeyd etmək lazımdır ki, bu birliyin digərlərindən fərqi ondadır ki, təməlində ortaq etnik köklər var və bu da özü-özlüyündə birliyi daha güclü edə bilər. Bircə qalır praktiki addımlarla bu birliyi gücləndirmək.

Əlbətdə ki, birliyin yaranmasında və güclənməsində hər hansısa dövlətə və ya birliyə qarşı hədəf nəzərdə tutulmamışdır. Müharibələrin və qanlı toqquşmaların artdığı belə zamanda dövlətlərin öz təhlükəsizliyini qorumaq hüququ vardır və bu birlik eyni zamanda üzv dövlətlərin təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev digər dövlət başçıları ilə ikitərəfli görüşlər keçirib və Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bu tədbir Türk Dövlətləri Təşkilatının üzv ölkələri arasında əməkdaşlığın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Eldəniz Zeynalov

Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki