Gürcüstanda yağan güclü qar ölkənin qərbində dəmir yolu hərəkətində problemlər yaradıb və nəticədə fevralın 26-na qədər reyslər dayandırılıb.
Vətəninfo.az xəbər verir ki , bu barədə “Gürcüstan Dəmir Yolları”nın bəyanatına istinadən Sputnik agentliyinin Gürcüstan xidməti məlumat yayıb.
Xüsusilə qeyd olunur ki, qar yağması ilə əlaqədar fevralın 22-dən fevralın 26-na qədər Ozurqeti-Tbilisi, Batumi-Ozurqeti və Rioni-Kutaisi-Rioni marşrutları üzrə nəzərdə tutulan reyslərin ləğvi barədə qərar qəbul edilib.
Qalan reyslərin qrafikə uyğun həyata keçiriləcəyi bildirilir.