image-999backend

Qazaxın 7 kəndi və Kərki də Azərbaycana təhvil verilir

image-reklam_sirab_01

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı müzakirələrin aparıldığı iddia olunur.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, XİN başçıları görüşlər zamanı anklavlar mövzusuna da toxunublar. Lakin danışıqların detalları rəsmi şəkildə açıqlanmadığından, söhbətin hansı istiqamətdə getdiyi, işğal altında qalan kəndlərin azad olunması ilə bağlı danışıqlarda irəliləyiş olub-olmadığı məlum deyil.

Bundan əlavə, Vaşinqton görüşünün bu gün yekunlaşacağı ehtimal olunur.

Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki