image-1backend

Qazaxın 7 kəndi və Kərki qaytarılır: “Zəngəzur dəhlizi” açılır

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyan son günlər sülh müqaviləsinin tezliklə bağlanmasından danışır.Bir sözlə artıq görünən odur ki, Ermənistan özünü sülhə hazır olduğunu açıq bəyan edir. Elə dünən  Nikol Paşinyan  bildirib ki, Bakı və İrəvan sülh müqaviləsinin üç prinsipi üzrə razılığa gəlib və əgər buna əməl edilsə, sülh sazişi imzalanacaq.
Paşinyanın sözlərinə görə, üç prinsip aşğıdakı kimidir:
– Birinci prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır, ona görə də Bakı Ermənistanın 29,8 min kvadratkilometr ərazisini, İrəvan isə 86,6 min kvadratkilometr Azərbaycan ərazisini tanıyır.
– İkinci prinsipə görə, tərəflər Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər, bu isə o deməkdir ki, sovet respublikalarının inzibati sərhədləri indi ölkələrin dövlət sərhədləridir və buna görə də onların toxunulmazlığı tanınmalıdır.
– Üçüncü prinsip isə bərabərlik və qarşılıqlılıq prinsipinə əsaslanan regional münasibətlərin açılmasıdır.

Daha bir maraqlı məqam isə Paşinyanın dediyi üç prinsipdən çıxan nəticədir. Bu isə o deməkdir ki, rəsmi İrəvan bu prinsiplərlə tezliklə Qazaxın 7 kəndini və Kərkini geri qaytaracaq. Paşinyanın açıqlamasına inansaq  yaxın günlərdə sülh müqaviləsi bağlana bilər.

Erməni mediası iddia edir ki, ilin sonuna qədər “Zəngəzur dəhlizi” açılacaq.

Erməni nəşri aysor.am iddia edir ki, sülh müqaviləsi bağlansa Zəngəzur dəhlizinə Rusiya, Ermənistan, Azərbaycan və Türkiyə hərbçiləri nəzarət edə bilər.

Görünən isə odur ki, yaxın günlərdə bəzi Qərb ölkələrinin və İranın israrlarına baxmayaraq “Zəngəzur dəhlizi” açılacaq.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki