Vətəninfo.az xəbər verir ki, Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Rusiyaya uçuşların davam edən risk qiymətləndirilməsinin nəticələrinə əsasən, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək üçün Astana – Yekaterinburq marşrutu üzrə Rusiya Federasiyasına uçuşları dayandırdığını elan edib.
Yekaterinburqa uçuşların bərpası risklərin yenidən qiymətləndirilməsinin nəticələrinə əsasən həyata keçiriləcək.
Bu barədə aviaşirkət məlumat yayıb.