Qazaxıstan Azərbaycana taxıl ixracını kəskin şəkildə artırıb.Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Serik Jumanqarin məlumat verib.
Nazirin sözlərinə görə, 2024-cü ilin sentyabrından 2025-ci ilin 10 avqustunadək olan dövrdə Qazaxıstanın taxıl ixracında ən böyük artım Özbəkistan (+34%, 3,7 milyon ton), Tacikistan (+47%, 1,395 milyon ton), Əfqanıstan (+52%, 329 min ton) və Qırğızıstana (2,1 dəfə artaraq 262 min ton) qeydə alınıb.
Xüsusilə diqqətçəkən artım isə İran və Azərbaycan istiqamətində olub:
İrana ixrac 16 dəfə artaraq 974 min tona,
Azərbaycana ixrac isə tam 121 dəfə artaraq 728 min tona çatıb.
Qazaxıstan Dövlət Dəmir Yolu Şirkəti “Qazaxıstan Temir Jolu”nun açıqlamasına əsasən, ümumi taxıl və un ixracı (taxıl ekvivalentində) 12,6 milyon ton təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 33% çoxdur (2024-cü ildə bu rəqəm 9,5 milyon ton idi).