image-reklam-veteninfo
image-timthumbbackend

Qazaxıstan Ermənistandan da yumurta idxalını qadağan etdi

image-reklam-veteninfo

Qazaxıstan iki ay müddətinə təzə toyuq yumurtasının idxalına müvəqqəti qadağa tətbiq edib. Məhdudiyyət Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrdən, o cümlədən Ermənistandan idxala da şamil olunur.

Vətəninfo.az xəbər verir ki, qadağa təzə toyuq yumurtalarının bütün nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsini əhatə edir.

Müvafiq qərar Aİİ-nin Xarici İqtisadi Fəaliyyət üzrə Mal Nomenklaturasının 040721 kodu ilə təsnif edilən təzə toyuq yumurtalarına aiddir.

Bununla belə, məhdudiyyət tranzit daşımalarına, eləcə də iki kateqoriyaya aid məhsullara şamil edilmir:

Qərar qüvvəyə minməzdən əvvəl ixracatçı ölkədə gömrük rəsmiləşdirilməsindən keçmiş, lakin sonradan Qazaxıstana gətirilən yumurtalar;
Qadağa qüvvəyə minənədək artıq Qazaxıstan ərazisinə idxal edilmiş yumurtalar.
Birinci halda idxalçılar ixrac və ya tranzit bəyannaməsini, ikinci halda isə yükün ölkəyə daxil olduğunu təsdiqləyən müşayiətedici nəqliyyat sənədini təqdim etməlidirlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki