Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev tapşırığı ilə Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasına görə xüsusi komissiya yaradılıb. Vətəninfo.az xəbər verir ki, komissiyaya baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək .
Qasım-Jomart Tokayev həmçinin Astanadan Aktauya həkimlərin göndərilməsini və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb.