Vətəninfo.az Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirlik dünyanın digər ölkələrinin vətəndaşlığı olan etnik qazaxlara “Ata Yolu” kartlarının verilməsini təsdiqləyib.
Məlumata görə, bu kart 10 il müddətinə yaşayış icazəsi almağa, həmçinin Qazaxıstanda istənilən seçilmiş yaşayış məntəqəsində işləməyə və biznes qurmağa imkan verir.
Məlumata görə, hazırda 65 belə kart artıq sahiblərinə təqdim edilib.
“Respublikamızda biznesini inkişaf etdirməyə hazır olan işgüzar köçkünlər tərəfindən 27 kart, “Ata yolu” kartını alanlar arasında mühəndis-fizik, mühəndis-riyaziyyatçı, kimya-texnoloqlar, üz-çənə cərrahiyyəsi üzrə həkimlər, 38-i isə digər mütəxəssislər tərəfindən alınıb!-deyə qeyd olunan məlumatda vurğulanır ki, “Ata Yolu” kartını alanlar əsasən Rusiya, Almaniya, Monqolustan, Çin, ABŞ, İsrail, Fransa, Böyük Britaniya, Hollandiya, Finlandiya, Qırğızıstan və Özbəkistandan gələn pediatrlar və digərləridir. Məlumatda vurğulanır ki, “Ata yolu” kartı tarixi vətənlə əlaqələrin möhkəmləndirilməsi, milli adət-ənənələrin qorunub saxlanılması, peşəkarların və uğurlu iş adamlarının Qazaxıstanda potensiallarını reallaşdırmaq üçün ölkəyə cəlb edilməsi məqsədi ilə təqdim edilib.
“Kart vətəndaşlığını itirmədən xaricdə yaşayan etnik qazaxlara verilir”, – məlumatda aydınlıq gətirilir.
Vətəninfo.az