image-4backend

Qazaxıstanda sükut günü

image-reklam_sirab_01

Sabah keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində Qazaxıstanda təbliğat-təşviqat kampaniyalarına son verilib. Seçkilərdən öncəki sükut günündə TÜRKPA Müşahidə missiyasının üzvləri Qazaxıstanın siyasi partiyaları ilə görüşlərini davam etdiriblər.

image-1

TÜRKPA Müşahidə Missiyasının tərkibində Azərbaycanı MM üzləri Cavanşir Feyziyev və Hikmət Məmmədov təmsil edirlər. Bu gün müşahidə missiyasının üzvləri Qazaxıstan Xalq Partiyasının, Milli Sosial-Demokrat Partiyasının və Amanat Partiyasının mənzil-qərargahlarında olub və siyasi partiyaların seçkilərə hazırlıq mərhələsini dəyərləndirməyə çalışıblar.

image-2
Qazaxıstan Xalq Partiyasının rəhbərləri cənab Nail Sayfulin və cənab Məhərrəm Məhərrəmov seçkiqabağı fəaliyyətləri haqqında missiya üzvlərinə geniş məlumat verib və müşahidəçilərin suallarını cavablandırıblar. Partiya rəhbəri cənab Sayfulin sosial-demokrat ideyalarının xalq tərəfindən dəstəkləndiyini bildirib və solçu mövqedən çıxış etməklə seçkilərdə uğur qazanacaqlarına əminliyini ifadə edib.

image-3
Milli Sosial-Demokrat Partiyasının Seçki Qərargahında partiyanın sədri cənab Asxat Rəhimjanovla və Partiyanın mərkəzi aparatının rəhbəri cənab Talqat Omarovla görüş baş tutub. Seçkilərə müxalifət partiyası kimi qatılan Milli Sosial-Demokrat Partiyasının funksionerləri 28 günlük seçkiqabağı təbliğat-təşviqat müddətində onların fəaliyyətinə heç bir maneə yaradılmadığını və müdaxilə olunmadığını bildirib və bu müddət ərzində 2000-ə yaxın təbliğat-təşviqat tədbirinin keçirildiyini bildiriblər. Cənab Rəhimjanov partiyanın Beynəlxalq Sosialist İnternasionalına üzv olduğunu və digər türk ölkələrindəki solçu partiyalarla əməkdaşlıq etdiyini bildirib.
TÜRKPA Müşahidə Missiyasının üzvləri günün sonuna yaxın Amanat Partiyasının mərkəzi seçki qərargahında olublar. Amanat Partiyasının İcraçı katibi cənab Elnur Beysenbayev partiyanın seçkilərə hazırlıqla bağlı apardığı təbliğat kampaniyası barədə ətraflı məlumat verib və Missiya üzvlərini maraqlandıran sualları cavablandırıb. Cənab Beysenbayev Amanat Partiyasının mərkəzçi sağçılıq mövqeyindən çıxış etdiyini və seçkilərdə üstünlük qazanmağa ümid etdiklərini bildirib.

image-5
Müşahidə Missiyasının üzvləri bütün siyasi partiyalara sabahkı seçkilərdə uğurlar arzulayıb və növbədənkənar seçkilərin qardaş qazax xalqı üçün faydalı olmasını diləyiblər.
Sabah seçkilər günüdür. TÜRKPA Müşahidə Missiyasının üzvləri Astana və Alma-atı şəhərlərində seçki məntəqələrinə gedəcək və seçki prosesini canlı olaraq izləyəcəklər. Martın 20-də günün birinci yarısında isə Mərkəzi Seçki Komissiyasının Qərargahında TÜRKPA Müşahidə Missiyasının hesabatı dinləniləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image