“Qazprom” mühafizə firmalarının , eləcə də Rusiya Federasiyasının digər iri korporasiyalarının əməkdaşları Ukraynaya göndərilib. Vətəninfo.az xəbər verir ki,The Wall Street Journalı yazıb.
Rusiya prezidenti Vladimir Putin yeni genişmiqyaslı səfərbərliyə başlamaq istəməyərək, kadrların işə götürülməsini özəl sektora və dövlət müqavilələrindən asılı olan şirkətlərə köçürdükdən sonra bu qərar korporasiyalar tərəfindən Kremlə sədaqətlərini sübut etmək üçün verilib.
Məqalədə deyilir: “Rusiyanın ən böyük dövlət korporasiyaları, keçmiş zabitlər və iş adamları tərəfindən yaradılan təhlükəsizlik firmaları Kremlə sadiqliklərini sübut etmək üçün Ukraynada cəbhə xəttinə qoşun yeridiblər”.


























