“Wizz Air Abu Dhabi” aşağı büdcəli aviaşirkəti Azərbaycanın Qəbələ şəhərindən Abu-Dabiyə (BƏƏ) uçuşların qiymətlərini 24 dollara endirib.
Uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bu reyslərə biletlər 23,99 dollara endirilib.