Moldovada bazar günü keçirilən parlament seçkilərinin nəticələrinə görə, prezident Maia Sandunun təsis etdiyi “Hərəkət və Həmrəylik Partiyası” mandatların bölüşdürülməsindən sonra parlament çoxluğunu saxlaya bilər. Vətəninfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının səslərin 99,12%-nin hesablanmasından sonra verdiyi ilkin məlumatlar sübut edir.
Hazırkı məlumatlara görə, Sandu qüvvələri 49,88% səs toplayıb və 101 yerlik parlamentdə 55 yer ala bilər.
İlkin məlumatlara görə, yerdə qalan mandatları belə bölüşdürmək olar: “Vətənpərvərlər Alyansı” – 26, “Alternativ” Avropayönlü partiyalar alyansı – 8, “Bizim Partiya” – 6, “Evdə Demokratiya” partiyası – 6.