image-23backend

Qərb Ukraynaya 600 növ silah verib – ABŞ hərbçisi

image-reklam_sirab_01

“Qərb Ukraynanın əks-hücum əməliyyatı üçün təxminən 600 növ silah verib”.

Vətəninfo.az  Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropa və Afrikadakı Ordu Komandanlığının sözçüsü Martin O’Donnell bildirib.

Onun sözlərinə görə, bu, dünyada hər hansı bir ordunun, xüsusən də döyüşən hansısa qüvvənin malik olduğu silahdan çoxdur.

“Hələ Ukraynaya verilən silahların hamısı işə salınmayıb. Yaxın həftələrdə və aylarda, hər şey başlayanda, ukraynalıların onlara təqdim olunan sistemlərdən necə istifadə etməsi əhəmiyyətli olacaq”, – sözçü deyib.

“Ukraynanın böyük iş görür”, – o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki