image-reklam-veteninfo
image-dd4b5ea8-38ed-43bf-83df-96360a73b374backend

“Qərbi Azərbaycanın yemək inciləri” layihəsi çərçivəsindəgeniş təqdimat tədbiri keçirildi

image-reklam-veteninfo

2025-ci il 17 may tarixində Xətai ART Studio-da “PeşəkarQənnadçılarİctimai Birliyinin təşkilatçılığı AzərbaycanRespublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilənQərbi Azərbaycanın yemək inciləriadlı layihəçərçivəsində möhtəşəm tədbir keçirildi.

Tədbirin məqsədi Qərbi Azərbaycana məxsus qədim zəngin kulinariya ənənələrinin öyrənilməsi, qorunması təbliğ edilməsi, mətbəx irsinin gələcək nəsillərə ötürülməsi, eyni zamanda bu irsin ictimaiyyət arasında tanıdılmasıistiqamətində fəaliyyətlərin genişləndirilməsi idi. Layihəhəm mədəni irsin qida mədəniyyəti kontekstində təqdimolunması, gənclərin, qadınların yaradıcı şəxslərin buprosesə cəlb edilməsi baxımından əhəmiyyətli platformayaçevrildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ölkəmizin ərazi bütövlüyü uğrundacanlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Daha sonraPeşəkar Qənnadçılarİctimai Birliyinin sədriEynur Nağdəliyev açılış nitqi ilə çıxış edərək layihəninməqsədləri əhəmiyyəti barədə geniş məlumat verdi. O, bildirdi ki, bu təşəbbüs yalnız kulinariya irsini deyil, bütövlükdə Qərbi Azərbaycanın mədəni yaddaşınıqorumağa gələcək nəsillərə ötürməyə xidmət edir. Onun sözlərinə görə, layihə çərçivəsində toplanmışməlumatlar hazırlanmış təqdimatlar gələcəkdə kitab sənədli film formatında təqdim olunacaq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin nümayəndəsi Günay Vəliyevaçıxışında vurğuladı ki, bu kimi layihələr qeyri-hökuməttəşkilatlarının mədəni irsin qorunmasında təbliğindəoynadığı mühüm rolu bir daha sübut edir. O qeyd etdi ki, Agentlik tərəfindən gələcəkdə bu istiqamətdətəşəbbüslər hərtərəfli dəstəklənəcək.

Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynovaisə çıxışında Qərbi Azərbaycanın qida mədəniyyətininyalnız mətbəx sənəti deyil, həm bir xalqın kimliyini tarixini yaşadan dəyərlər olduğunu vurğuladı. O, bu irsinhəm mədəni, həm qida təhlükəsizliyi baxımındanöyrənilməsinin vacibliyini qeyd etdi.

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədriİradə Rzazadə bildirdi ki, bu kimi layihələr mədəni sosial inteqrasiyanı gücləndirir. Onun sözlərinə görə, xüsusilə qadınların gənclərin bu irslə tanışlığı onlarınsosial-iqtisadi fəallığını artırmaqla yanaşı, mədəniözünüdərkinə müsbət təsir göstərir.

Gənclərin Töhfəsiİctimai Birliyinin sədri Asim Vəliyevçıxışında gənclərin bu cür layihələrə cəlb olunmasınınonların milli-mənəvi dəyərlərlə bağlılığını gücləndirdiyiniqeyd etdi gələcəkdə bu mövzuda daha geniş miqyaslıfəaliyyətlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.

Dədə Ələsgər Ocağıİctimai Birliyinin sədri XətaiƏləsgərli çıxışında qeyd etdi ki, Qərbi Azərbaycanınmədəni irsi bütövlükdə Azərbaycan xalqının tarixiyaddaşıdır bu dəyərlərin qorunması hər bir vətəndaşınmənəvi borcudur.

Tədbir çərçivəsində Qərbi Azərbaycan mətbəxinə həsredilmiş rəsm kulinariya müsabiqələrinin qalibləri elan olundu. Qaliblərə qiymətli hədiyyələr, pul mükafatları təşəkkür plaketləri təqdim olundu. Həmçinin tədbiriştirakçıları üçün Qərbi Azərbaycana məxsus müxtəlifşirniyyatlar yeməklərdən ibarət təqdimat dadımsessiyası təşkil olundu. Qonaqlar qədim reseptlərəsasında hazırlanmış yeməklərin dadına baxaraq buzəngin mətbəxin dad təqdimat mədəniyyəti ilə yaxındantanış oldular.

Tədbir tanınmış müğənnilərin iştirakı ilə baş tutan bədiikonsert proqramı ilə yekunlaşdı. Konsertdə milli musiqinümunələri xalq mahnılarının ifası tədbirə əlavə rəngqatdı.

Qərbi Azərbaycanın yemək incilərilayihəsi çərçivəsindəkeçirilən bu tədbir, təkcə kulinariya sahəsində deyil, həm mədəni irsin qorunması təbliği sahəsində ictimaisəviyyədə ciddi rezonans doğurdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki