image-reklam-veteninfo
image-1backend

Qərbin “B” planı – Rusiyanı nə gözləyir? -Təhlil

image-reklam-veteninfo

Qərb və ABŞ Ukraynanı silahlandırmaqda davam edir. Artıq Ukraynanın mütəffiqləri anlayır ki, bu yardımları dayandırsalar, Rusiyanın qarşısını almaq mümkün olmayacaq. Artıq Qərblə bərabər Avstraliya da bu yardım kompaniyasına qoşulub. Bu gün rəsmi Kanberra Ukraynaya indiyədək etdiyi 1 milyard dollarlıq yardım paketinin hesabatını təqdim edib. Buna rəğmən Rusiyanın dayanmaq fikri yoxdur. Dünən Rusiya prezidenti Vladimir Putin Rusiyanın gələcək planları ilə bağlı açıqlama verib. Rusiya prezidenti yeni və müasir silahların istehsalına başladıqlarını bəyan edib. Bir sözlə Rusiya – Ukrayna savaşı yeni fazaya qədəm qoyur. Rusiyada yaxın müddətdə  nələrin baş verəcəyini Qərb analtikləri necə dəyərləndirirlər?.

Qərbdə daha çox Ukraynada baş verən hadisələrlə məşğuldurlar və Rusiyada baş verəcək hadisələr indi arxa plana keçib. Mövzunun daha qızğın olduğu 2000-ci illərdən fərqli olaraq Rusiyanın gələcəyi ilə bağlı aktual müzakirələr dayanıb. Analtiklərə görə, Rusiyanın necə inkişaf edəcəyindən çox, Kremlin təhdidlərindən danışmaq daha aktualdır. Hər halda, birinci ssenariyə görə, Ukraynada münaqişə davam edəcək, lakin Qərb dəstəyinə baxmayaraq , artıq yeni ərazilər işğal olunmayacaq, lakin Ukraynanın şərqində yaşayan rusdilli əhaliyə rəsmiKiyev tərəfindən  təminat veriləcək.  Bu ssenari xüsusilə Donald Trampın ABŞ prezidenti olacağı təqdirdə mümkündür, çünki o, ümumiyyətlə, Ukraynaya kömək etməyə meylli deyil.

İkinci ssenariyə görə, münaqişə davam edərsə, rus gəncləri arasında işsizlərin sayı artacaq. O vəziyyətdə millətçi ideologiyalar meydana çıxa bilər ki, onlar üçün Qərb dəyərlərindən daha maraqlı olacaq. Rusiya getdikcə daha güclü millətçi tonlar alacaq.

Üçüncü ssenariyə görə, Rusiyada hakimiyyətə Qərblə münasibətləri yumşaltmağa və Ukrayna münaqişəsini həll etməyə hazır olan qüvvələr gələ bilər. Üstəlik, bu halda Rusiya Qərbin kiçik tərəfdaşına çevrilməyəcək, əksinə, Qərblə Çin arasında qarşıdurmada vasitəçi olmağı tələb edəcək.

Dördüncü ssenariyə görə, Rusiyada demokratik proseslər inkişaf edə bilər, çünki xalq həm Qərblə qarşıdurmadan, həm də Putinin imperiya ambisiyalarından yorulacaq. Lakin burada bir təhlükə var: 90-cı illərin təcrübəsi çətin ki, yeni proseslərə gətirib çıxarsın.

Və nəhayət, beşinci və ya anarxist ssenariyə görə, Rusiya parçalanacaq. Təbii ki, bu ssenari analtiklərin düşündüyü fantaziya janrındandır.

Qoşqar Salmanlı

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki