image-1backend

Qərbin Ermənistana müdaxiləsi ağır nəticələr verəcək – Rusiya Baş nazirinin müavini

image-reklam_sirab_01

“Ermənistanın siyasi vektoru getdikcə daha çox Qərbə meyl edir,” – Vətəninfo.az xəbər verir ki, bu fikirləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Primakov qiraəti – 2024” 10-cu beynəlxalq forumunda bildirib.

“Ermənistanın siyasi vektoru daha çox Qərbə meyl edir. Ermənistan cəmiyyətində Rusiya Federasiyasına qarşı müəyyən narazılıqlar var. Ancaq biz başa düşməliyik ki, Aİ və AII uyğun gəlməyən şeylərdir. Regiondankənar oyunçuların Ermənistana gəlməsinin nəticələri olacaq. Bunu başa düşmək lazımdır. Biz burada hədiyyəbazlıqla məşğul deyilik”, – Overçuk bildirib.

Onun fikrincə, ölkənin Rusiyaya yaxınlıqdan əldə etdiyi faydalar Rusiya Federasiyasının təhlükəsizliyinə və strateji dərinliyinə görə ödədiyi vəsait kimi qəbul edilməlidir.

Eyni zamanda o qeyd edib ki, Rusiya “sabit Ermənistanda və yaxşı qardaşlıq münasibətlərində maraqlıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki