image-reklam-veteninfo
image-935602_srcbackend

Qətərdəki Amerika diplomatlarına xəbərdarlıq edilib

image-reklam-veteninfo

ABŞ-ın Qətərdəki səfirliyi bütün işçilərinə Əl-Udeyd hava bazası ərazisinə səyahət etməkdən çəkinməyi və ölkə daxilində səyahət edərkən son dərəcə ehtiyatlı olmağı tövsiyə edib.

Səfirliyin veb saytında dərc olunmuş açıqlamada deyilir: “Davam edən gərginlik səbəbindən ABŞ-ın Dohadakı səfirliyi öz işçilərinə daha ehtiyatlı olmağı və Əl-Udeyd hava bazasına vacib olmayan səyahətləri məhdudlaşdırmağı tövsiyə edib”.

Eynilə, səfirlik Qətərdəki bütün ABŞ vətəndaşlarına aviabaza ərazisindən uzaq durmağı tövsiyə edir. Bəyanatda səfirliyin dəyişiklik etmədən normal fəaliyyətini davam etdirdiyi vurğulanır.

ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi əvvəllər işçilərinə və krallıqdakı amerikalılara hərbi obyektlərə baş çəkməkdən çəkinməyi tövsiyə etmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki