Qətərin paytaxtında Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə ABŞ arasında məsləhətləşmələr Qəzzada radikal qruplar və İsrail qüvvələri arasında müvəqqəti atəşkəs haqqında razılıq əldə etmək imkanı ilə yeni səviyyəyə çatıb . Vətəninfo.az xəbər verir ki, bu barədə Fələstinin HƏMAS- a yaxın olan Maan xəbər agentliyi məlumat yayıb .
Onun mənbələrinə görə , Dohada danışıqlar yeni mərhələyə qədəm qoyub .
Agentlik qeyd edib ki , hazırkı mərhələdə münaqişə tərəfləri arasında “ qısamüddətli atəşkəs haqqında razılığın əldə oluna biləcəyinə dair işarələr artır ” .
Daha əvvəl bildirilmişdi ki , Həmas və ABŞ administrasiyasının nümayəndələri ötən axşam Qətər vasitəçilərinin iştirakı ilə Dohada danışıqlar aparıblar . Radikalların fikrincə , Amerika nümayəndə heyəti guya müəyyən məsələlərlə bağlı “mövqeyini dəyişib .
Danışıqlarda ABŞ tərəfini ABŞ prezidentinin xüsusi nümayəndələri Steven Witkoff və Adam Boehler , HƏMAS-ı isə hərəkatın məsləhətçi orqanının rəhbəri Məhəmməd Dərviş , danışıqlar nümayəndə heyətinin rəhbəri Xəlil əl – Hayan və HƏMAS – ın İordan çayının qərb sahilindəki rəhbəri Zaher Cabarin təmsil edib .