image-1131795backend

Qəzzada atəşkəslə bağlı razılaşma əldə olunub -Reuters

image-reklam_sirab_01

Vasitəçilərin tələbi ilə Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında razılıq əldə edilib. Razılaşma Qahirədə baş tutub. Vətəninfo.az- ın məlumatına görə , bu barədə Reuters HƏMAS rəsmisinə istinadən xəbər verir.

Qahirə danışıqları nəticəsində tərəflər HƏMAS və İsrail arasında müharibədə 40 günlük atəşkəsə nail olmaq yolunda ilkin razılaşma əldə olunub. Bu müddət ərzində müsəlmanların müqəddəs Ramazan ayı başlamazdan əvvəl israilli girovlar azad ediləcək və Qəzzaya yardım göndəriləcək.

“Nümayəndə heyəti növbəti danışıqlar üçün çərşənbə axşamı Qahirədə qalacaq”, – Həmas rəsmisi Reuters agentliyinə bildirib.

Misirin Əl Qahirə televiziyası da danışıqların daha bir gün uzadıldığını bildirib və əlavə edib ki, danışıqlar davam etdiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki