image-1backend

Qəzzada saxlanılan girovların yarısı sağdır- Netanyahu

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, Qəzza zolağında Fələstinin Həmas hərəkatının hələ də saxladığı 97 girovun yarısı sağdır.

Vətəninfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazır.

“Mövcud məlumatlara görə, Qəzzada girov götürülənlərin yarısı sağdır”, – deyə nəşr baş nazirin Knessetin Xarici Əlaqələr Komitəsinin və Müdafiə Komitəsinin üzvləri ilə görüşü zamanı deyib.

Qəzet yazır ki, Netanyahunun sözləri Qəzza zolağında saxlanılan 50-yə yaxın girovun ölmüş ola biləcəyini göstərir, İsrail Müdafiə Qüvvələri isə yalnız 33 nəfərin öldüyünü rəsmən təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki