image-1backend

“Qəzzada tibbi evakuasiya gözləyən 10 minə yaxın xəstə var” – Harris

image-reklam_sirab_01

Qəzzada tibbi evakuasiya gözləyən 10 minə yaxın xəstə var.

Vətəninfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında İsrailin sıx hücumlarına məruz qalan Qəzzada son hadisələrlə bağlı qiymətləndirmələr edib.

ÜST sözçüsü M.Harris Qəzzada tibbi ləvazimat və yanacaq ehtiyatlarının azaldığına diqqət çəkərək deyib: “İsrail Rəfaha qurudan hücumlarına başladığından bəri Kərəm Əbu Səlim (Şalom) qapısından Qəzzaya 3 yük maşını çatdırmağı bacardıq. Misirin Ariş limanında ÜST-ə aid 60 yardım maşını nə qədər gözləsə də, Rəfah Sərhəd Qapısı bağlı olduğundan içəri üçün daxil ola bilmədi.

Qəzza zolağında rəsmi olaraq hələ də fəaliyyət göstərən 14 xəstəxanamız var, lakin onlar çox vaxt stasionar (yatılı) xəstələri qəbul edə bilmirlər.

Rəfahda ancaq Birləşmiş Ərəb Əmirliklərinin Sahə Xəstəxanası çətinliklə xidmət göstərir.

Burada 5 səhra xəstəxanası var, lakin onların hamısı dolub, kifayət qədər də tibbi ləvazimat yoxdur.

Qəzzada tibbi evakuasiyaya ehtiyacı olan xəstələrin vəziyyəti ilə bağlı deyə bilərəm ki, təəssüf ki, bütün tibbi evakuasiyalar qəfil dayandırılıb. Təxliyə edilməli 10 minə yaxın xəstə var”.

Qeyd edək ki, Rəfah bölgəsində şiddətin artması və xidmətlərin məhdudlaşdırılması səbəbindən bölgəni tərk edə bilməyən mindən çox ağır xəstə və yaralı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki