Qəzza zolağında xəstəxanalar, tibb mərkəzləri və oksigen stansiyaları elektrik generatorlarına yanacaq verilməməsi səbəbindən 48 saat ərzində bağlana bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə bu gün, iyunun 30-da Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyi BMT də daxil olmaqla, bütün müvafiq beynəlxalq və humanitar qurumlara dərhal müdaxilə edib, lazımi yanacaqla təmin etməyə çağırıb və müraciət edib