image-reklam-veteninfo
image-16-16backend

QHT nümayəndələri üçün potensialın gücləndirilməsi təlimi

image-reklam-veteninfo

16–18 dekabr 2024-cü il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “QHT nümayəndələri üçün potensialın gücləndirilməsi təlimi” adlı tədbirdə iştirak edib. İctimai səhiyyə eksperti və təlimçi Dr. Ketevan Çxatarashvilinin rəhbərliyi ilə keçirilən təlimdə İİV-in qarşısının alınması və zərərin azaldılması sahəsində potensialın gücləndirilməsi, büdcə advokasiyası və maliyyə vəsaitlərinin cəlb edilməsi mövzuları işlənib.

“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki