image-reklam-veteninfo
image-1backend

Qırğızıstan da  KİV-də islahatlara başladı: Xarici mülkiyyəti məhdudlaşdıran qanun qəbul edildi

image-reklam-veteninfo

Qırğızıstan prezidenti Sadır Japarov xarici şəxslərə kütləvi informasiya vasitələrinin səhmlərinin, paylarının və ya nizamnamə kapitalının 35%-dən çoxuna sahib olmağı, istifadə etməyi, sərəncam verməyi və/və ya idarə etməyi qadağan edən qanunu imzalayıb.

Qanun müstəqil, rəqabətqabiliyyətli və məsuliyyətli nəşrlərin inkişafına şərait yaratmaq məqsədi daşıyan KİV sektorunda qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. İndi bütün KİV-lər, o cümlədən onlayn nəşrlər, YouTube kanalları, podkastlar, sənədli filmlər və digər onlayn məzmunlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir.

Qanun, icraatında olan işlə bağlı məhkəmədən müvafiq sorğunun daxil olduğu hallar istisna olmaqla, KİV-ə məlumat mənbəyini, o cümlədən məlumatı verən şəxsin kimliyini, onun adının açıqlanmaması şərti ilə məxfi saxlamağa icazə verir.

Məmurların medianın fəaliyyətinə hər hansı müdaxiləsini istisna edən normalar müəyyən edən senzuraya ciddi qadağa da tətbiq edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki