image-11backend

Qırğızıstanda terrorçularla atışma, ölən var

image-reklam_sirab_01

Bişkekdən 30 km aralıda yerləşən Çuy vilayətinin Dmitriyevka kəndində Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı silahlı terrorçu müqavimət göstərərək məhv edilib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“24.kg” agentliyinin məlumatına görə, mayın 17-də səhər saatlarında Dmitriyevkada atışma başlayıb. İlkin məlumatlara görə, xüsusi təyinatlılar quldurluqda şübhəli bilinən bir qrup şəxsin saxlanılması istiqamətində əməliyyat keçirib. Lakin onlar cavab atəşi açıblar.

Xüsusi təyinatlılar kəndi mühasirəyə alıb, ağır zirehli texnika hadisə yerinə gəlib. Atışmalardan əlavə, partlayış səsləri eşidilib, şübhəlilərin sığındıqları fərdi evin üzərinə tüstü qalxıb.

Daha sonra iki yaralı təhlükəsizlik işçisi ilə bağlı məlumatlar ortaya çıxıb. Onlar İssık-Ata rayonundakı ümumi tibb praktika mərkəzinə aparılıblar. Qəlpə yarası olan bir xəstə tezliklə evə buraxılıb, digəri xəstəxanada qalıb – onun bud nahiyəsindən güllə yarası var. İlkin tibbi yardım göstərildikdən sonra döyüşçü Bişkek Milli Xəstəxanasına çatdırılıb.

Sputnik Qırğızıstan da xəbər verir ki, təhlükəsizlik qüvvələri “silahlı bir qrup şəxs”i ələ keçirmək üçün əməliyyat keçirib. Bununla belə, Daxili İşlər Nazirliyi bir terrorçunun məhv edildiyini təsdiqləyib. Nəşr yerli sakinə istinadən yazır ki, terrorçu üç gün əvvəl Oşdan Dmitriyevkaya gəlib. Onun sözlərinə görə, o, həyat yoldaşını bura gətirəcəyini və uzun müddət burada yaşayacağını vəd edib. “Ancaq o, bizə pasportunu göstərmədi. Biz onun kim olduğunu bilmirdik. İndi evimiz yanıb”, – mənzili qətlə yetirilən kişiyə kirayə verən qadın bildirib.

Ev kənd sovetinin binası ilə qadın mədrəsəsi (dini məktəb) arasında yerləşdiyindən, yerli sakinlər cinayətkarların təhsil müəssisəsində gizlənərək insanları girov götürə biləcəyini irəli sürüblər. Lakin bu məlumatlar təsdiqini tapmadı. Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi əlavə edib ki, tələbələr təcili olaraq təhlükəsiz yerə təxliyə edilib.

Yerli vaxtla saat 11:30 radələrində Dmitriyevka kəndinin mühasirəsi götürüldüyü, zirehli texnikanın kəndi tərk etdiyi bildirilib. Hadisə yerində müstəntiqlər və istehkamçılar işləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki