Amerika paytaxtının hava məkanını pozan və qonşu Virciniya ştatında qəzaya uğrayan Cessna Citation biznes təyyarəsinə görə ABŞ hakimiyyəti qırıcı təyyarələri çıxarıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Təxminən eyni vaxtda Vaşinqton və ətraf ərazilərin bəzi sakinləri güclü partlayış səsi eşidiblər. “Reuters” bunun hadisə ilə bağlı olduğunu vurğulayır.
Hadisə baş verən zaman ABŞ prezidenti Co Bayden Ağ Evdə olmayıb, o, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazası yaxınlığında qolf oynayırmış. “The Washington Post” qəzetinin yazdığına görə, döyüş təyyarələri həmin bazadan buraxılıb.