image-1backend

Qırmızı bülletenlə axtarılan iki nəfər Türkiyəyə gətirilib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında “Türk polisindən qaça bilməzsiniz” qeydi ilə paylaşım edərək, “Əziz millətimizin bilməsini istəyirəm ki, mütəşəkkil cinayət təşkilatı üzvlərini və narkotik tacirlərini böyüklüyündən asılı olmayaraq, hansı ölkəyə qaçmış olursa olsunlar, bir-bir tutub ölkəmizə gətirəcəyik. Bizdən qaça bilməyəcəklər” deyib.

Sinan Meminin Polşadan və Atakan Avcının Bolqarıstandan Ankaraya gətirildiyini bildirən Yerlikaya, bunları qeyd edib:

“Cinayət törətmək üçün təşkilat yaratmaq, qəsdən adam öldürmə, narkotik vasitələrin və ya stimullaşdırıcı maddələrin qanunsuz dövriyyəsi və terror təşkilatının təbliğatı da daxil olmaqla 10 ayrı cinayətə görə məhkəmə orqanlarımız tərəfindən axtarışda olan mütəşəkkil cinayət təşkilatının yüksək səviyyəli liderlərindən biri olan Sinan Memi barəsində 20 il müddətinə milli səviyyədə həbs qərarı çıxarılıb və 3 il müddətinə beynəlxalq həbs qərarı çıxarılıb qəsdən adam öldürmə” və “narkotik və ya stimullaşdırıcı maddə idxalı” cinayətinə görə ölkəmizə ekstradisiya məqsədi ilə 1 ildir beynəlxalq axtarışda olan və 30 il həbs cəzasına məhkum edilən Atakan Avcı Polşa və Bolqarıstanda həbs edilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image