“Microsoft” korporasiyası Qırmızı dənizdə bir neçə beynəlxalq sualtı kabelin zədələnməsi barədə məlumat verib və bu, Azure “bulud platforması”nın işinə təsir edib.
Korporasiyanın məlumatına görə, xidmətin istifadəçiləri məlumatların ötürülməsi zamanı artan gecikmə ilə üzləşə bilərlər.
Kəsintilər Yaxın Şərqdən keçən və Avropa ilə Asiyanı birləşdirən nəqliyyatın hərəkətinə təsir göstərir. Microsoft mühəndis qrupları təsirləri minimuma endirmək üçün çalışırlar.