image-1backend

Qızıl mədənində çalışan 35 işçi yerin altında qalıb

image-reklam_sirab_01

İndoneziyanın Sulavesi adasında yağan güclü yağış üzündən qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində 11 işçi həyatını itirib.

Vətəninfo.az xəbər verir ki, hadisə zamanı Bone Bolanqo bölgəsində qeyri-qanuni işlədilən qızıl mədənində çalışan 35 işçi yerin altında qalıb.

Torpaq sürüşməsinin baş verdiyi bölgəyə axtarış-xilasetmə qrupları göndərilib. Qruplar 11 nəfərin cəsədini tapıblar.

Səlahiyyətlilər əlverişsiz hava şəraiti səbəbindən qrupların işləməkdə çətinlik çəkdiyini, indiyədək 5 yaralının xilas edildiyini, qalan 19 nəfər üçün isə işlərin davam etdiyini bildirib.

İndoneziyanın Milli Fəlakətlə Mübarizə Agentliyinin sözçüsü Əbdül Muhari iyulun 6-dan bəri bölgəyə təsir edən şiddətli yağışların Bone Bolango bölgəsindəki 5 kənddə 3 metr hündürlüyünə çatan daşqınlara səbəb olduğunu, təxminən 300 evin və 1000-dən çox insanın zərər çəkdiyini söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki