image-reklam-veteninfo
image-img_3047backend

Qlobal diplomatiyada Bakı imzası-NAHİD CANBAXIŞLI YAZIR

image-reklam-veteninfo

BMT Baş katibliyi postu uğrunda başlanan qlobal yarışda Azərbaycanın yürütdüyü müstəqil, balanslı və milli maraqlara əsaslanan xarici siyasət bir daha diqqət mərkəzinə düşüb. Birləşmiş Ərəb Əmirliklərinin (BAE) dövlət naziri Lana Zəki Nusseibehin BMT Baş katibliyinə namizədliyinin Bakı tərəfindən müsbət qarşılanması Azərbaycanın beynəlxalq arenada artıq öz sözünü deyən müstəqil güc mərkəzinə çevrildiyini bir daha sübut edir.

Qeyd etmək istərdim ki, bu qlobal diplomatik marafonda qardaş Türkiyə də özünün nüfuzlu diplomatı, ölkənin keçmiş xarici işlər naziri və ATƏT-in hazırkı Baş katibi Feridun Sinirlioğluğunu qeyri-rəsmi olaraq namizəd kimi nəzərdən keçirir. Türkiyə kimi güclü bir dövlətin beynəlxalq arenada belə mühüm posta iddialı olması hər bir azərbaycanlıda qürur hissi doğurur.
Bəzi media orqanlarının bu məsələni qardaş ölkələr arasında süni gərginlik və ya qarşıdurma kimi qələmə verməyə çalışması isə reallığı əks etdirmir. Azərbaycan ilə Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan strateji müttəfiqlik və sarsılmaz qardaşlıq münasibətləri hər cür siyasi spekulyasiyalardan ucadır. İki ölkə bütün beynəlxalq platformalarda bir-birinin haqlı mövqeyini hər zaman dəstəkləyir və bu tərəfdaşlıq ən yüksək səviyyədə davam edir. Müasir beynəlxalq münasibətlər sistemi hər bir suveren dövlətdən qlobal aktorlarla, o cümlədən Körfəz regionu ilə fəal və çevik əməkdaşlıq etməyi tələb edir. Azərbaycanın Birləşmiş Ərəb Əmirliyinin təşəbbüsünə müsbət yanaşması ölkəmizin müxtəlif coğrafiyalarla qurduğu çoxtərəfli tərəfdaşlıq əlaqələrinin və balanslı xarici siyasət kursunun məntiqi davamıdır.
Bu gün Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş, COP29 kimi qlobal miqyaslı tədbirə ev sahibliyi etmiş Azərbaycan BMT-də baş verən proseslərə münasibətdə hər zaman ilk növbədə milli və dövlətçilik maraqlarını rəhbər tutur. Bakının bu addımı bir daha göstərir ki, Azərbaycan həm qardaş Türkiyə ilə strateji müttəfiqliyini qoruyub saxlamaqda qərarlıdır, həm də beynəlxalq diplomatiyada müstəqil və çevik qərarlar vermək əzmindədir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki