Vətəninfo.az xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda keçirilən “2025 Tehran Dialoq Forumu”nda çıxış edib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh sazişinin məzmunu və mətni razılaşdırılıb. Hazırda sənədin imzalanması üçün hazırlıq işləri gedir.
Qriqoryan əlavə edib ki, tərəflər Zəngəzur dəhlizi mövzusunu müzakirə etmir və əsas diqqət sülh, sabitlik və inkişaf məsələlərinə yönəlib.
İranın bu prosesdəki roluna da toxunan Qriqoryan Tehranın dəstəyini yüksək qiymətləndirdiklərini və beynəlxalq ictimaiyyətə, o cümlədən İrana göstərdikləri dəstəyə görə təşəkkür etdiklərini deyib.